Bir filmdə 24 rol oynayacaq

Bir filmdə 24 rol oynayacaq
1088 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Leonardo DiKaprio bir filmdə 24 obrazı canlandıracaq.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, “The Crowded Room” ("Sıx otaq") adlanacaq yeni filmdə çoxşəxsiyyətlilik sindromundan əziyyət çəkən və 24 fərqli simaya sahib olan Billi Milliqan obrazını canlandıracaq.

Film Daniel Keyesin 1981-ci ildə çap olunmuş “The Minds of Billy Milligan” ("Billi Milliqanın ağılları") adlı kitabının motivləri əsasında çəkiləcək.

Filmdə baş verənlər real həyatdan götürülüb. B.Milliqan 70-ci illərin sonlarında silsilə oğurluqlar, insan qaçırma və 3 təcavüz cinayətində ittiham edilən şəxsdir. Amma cinayətləri özünün deyil, digər “simalarının” törətdiyi, şizofrenik olduğu sübut olunduqdan sonra o xəstəxanaya göndərilir.