İmmuniteti artıran çay

İmmuniteti artıran çay
6963 dəfə oxunub
  • A-
  • A
  • A+

Payız və qış fəslində insanlar soyuqdəymədən çox əziyyət çəkirlər. Bu zaman dərmanlardan istifadə etməkdənsə, otlarla hazırlanan isti çay içmək daha xeyirlidir.

Axşam.az xarici mətbuata istinadən immuniteti artıracaq və soyuqdəyməni aradan qaldıracaq çay təqdim edir:

Bunun üçün lazımdır:
250 ml. qaynanmış su
1 ç/q. yaşıl çay
Darçın
2 çay qaşığı təmiz bal
1 dilim limon
2 x/q. portağal şirəsi

Yaşıl çayı qaynar suya töküb, dəmləyin. Təzə darçını sürtgəcdən keçirdin. Darçını, limonu, portağal şirəsini və balı yaşıl çaya əlavə edib için.

Diqqət!
Allergiyası olanlara bu məlhəmi içmək qadağandır.