Xalq artistinin qardaşı oğlu öldürüldü

Xalq artistinin qardaşı oğlu öldürüldü
11596 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün səhər saatlarında Ağsu rayonunda qətl hadisəsi törədilib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, Ağsu şəhər sakini 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib. O, qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb.

Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi olan M. Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən M. Mirzəyev xalq artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.