Putinin "sevgilisi" haqda film çəkiləcək

Putinin "sevgilisi" haqda film çəkiləcək
2184 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu deyilən Olimpiya çempionu Alina Kabayeva biqorafik filmin qəhrəmanı olacaq.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekran işi “Çempionlar: dörd hadisə” adlanacaq. Film hərəsi bir çempion haqda olan 4 novella əsasında lentə alınacaq.

Kabayevadan başqa, güləşçi Aleksandr Karelin, üzgüçü Aleksandra Popova, gimnast Svetlana Xorkina da ekran işinin əsas obrazları olacaqlar.

Artyom Aksenenkonun rejissorluğu ilə çəkiləcək layihədə Alina Kabayevanın rolunu kimin canlandıracağı hələlik məlum deyil.