“Gül bayramı”na hazırlıq başlayıb - fotolar

“Gül bayramı”na hazırlıq başlayıb - fotolar
2442 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda mayda keçiriləcək “Gül bayramı”na hazırlıq işləri artıq indidən başlayıb.

Axşam.az-ın virtualaz.org-a istinadən mlumatına görə, Heydər Əliyev Sarayının qarşısındakı parka giriş bir neçə gündür bağlanıb. Səbəb mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün qeyd edilməsi ilə bağlı “Gül bayramı”nın keçirilməsidir.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hazırlıq işlərinə artıq indidən başlayıb. Bu məqsədlə də parka giriş “Gül bayramı”nadək yasaqlanıb. Parkda çadırlar qurulub, hazırlıq işlərinə başlanıb.

Qeyd edək ki, ötən il Bakıda keçirilən “Gül bayramı” ilə əlaqədar Azərbaycana dünyanın müxtəlif ölkələrindən 6 milyon ədəd gül gətirilmişdi. BŞİH başçısı Hacıbala Abutalıbov “Gül bayramı”na görə Afrikadan da güllərin gətirildiyini açıqlamışdı.