Ramiz Mirişlinin sevilən mahnıları - videolar

Ramiz Mirişlinin sevilən mahnıları - videolar
5133 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün tanınmış bəstəkar Ramiz Mirişlinin 81 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, Azərbaycan Respublikasının xalq artisti Ramiz Mirişli xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınır. "Oxu tar" (sözləri M.Müşfiqindir.) "Salam kür çayı" (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olub, bəstəkara ümumxalq məhəbbəti qazandırıb.

Bəstəkarın mahnıları təbiiliyi, səmimiliyi, emosional təsir gücü ilə seçilir. "Gülsarə" (sözləri M.Əliyevindir), "Qızqayıt" (sözləri R.Zəkanındır), "Salam, Kür çayı" (Sözləri C.Məmmədovundur), "Naxçıvan təranəsi" (sözləri İ.Səfərlinindir) və s. bu qəbildən olan mahnılardır.

Ramiz Mirişlinin lirik səpgili mahnıları xüsusilə fərqlənir. "Dalğalar", "Həyatım gəl", "Bulağa gəl", "Səni tapdım", "Bayram axşamları" mahnılarında sanki insanın duyğuları baharın ətrilə cilalanır, yeni çiçəklənən məhəbbətin təravəti duyulur.

Bəstəkar Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoli fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 20 ildən artıqdır ki, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Koservatoriyasında dərs deyir.

Tanınmış bəstəkar Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982), Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1974), Azərbaycan Respublikasının xalq artisti (1990), professor (1993) adlarını alıb. O, 14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.