Xalq artistinin köhnə mahnısı yeni aranjimanda – audio

Xalq artistinin köhnə mahnısı yeni aranjimanda – audio
928 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artistinin köhnə mahnısı yeni aranjimanda – audio Xalq artisti Səməd Səmədov illər öncə ifa etdiyi “Azəri balasıyam” adlı bəstəni yeni aranjimanda səsləndirib.

Axşam.az-a açıqlama verən müğənni deyib ki, bəstənin yeni aranjimanında bir çox dəyişiklik edilib:

“Mərhum bəstəkar Elxan Rəhimova məxsus olan mahnını 15 il öncə ifa etmişdim. Elə o vaxtdan hansı toya gedirdimsə, bu bəstəni istəyirdilər. Amma mahnının aranjimanı və bir neçə sözü ürəyimcə olmadığına görə, çox oxumurdum. Dinləyicilərin istəyini nəzərə alıb onu yenidən aranjiman etdirdim. Artıq “Azəri balasıyam” mahnısını rahatlıqla həm efirdə, həm də toylarda ifa edə biləcəm. Düşünürəm ki, pis alınmayıb”.

S.Səmədovun “Azəri balasıyam” mahnısını yeni aranjimanda təqdim edirik.