“Androgen olmaq transseksual olmaqdan yaxşıdır”

“Androgen olmaq transseksual olmaqdan yaxşıdır”
2723 dəfə oxunub
  • A-
  • A
  • A+
Cinsiyyətini dəyişərək qadın olan serbiyalı model Andrey Pejiç (hazırda Andreya – red.) “Vogue” jurnalının may sayı üçün fotokameralar qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, vaxtilə androgen hormonlara (həm kişi, həm qadın – red.) sahib olan model cinsiyyətini dəyişdirərkən ətrafdakıların reaksiyasından bəhs edib:

“Mənə əvvəlki kimi gözəl olmaya bilərsən, onsuz da çoxlu qəşəng qadın hər tərəf doludur deyirdilər. Daha maraqlı olmayacağımı söyləyirdilər”.

Vaxtilə podiumlara həm kişi, həm də qadın kimi çıxan 23 yaşlı model çalışdığı agentliyin də onun bu qərarına “Androgen olmaq transseksual olmaqdan yaxşıdır”, - deyə etiraz etdiyini bildirib.