Nüşabə Ələsgərli övladlarından danışdı

Nüşabə Ələsgərli övladlarından danışdı
2480 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Nüşabə Ələsgərli yeniliklərindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında xalq artisti Niyaməddin Musayevin mahnılarını oxuyacağını deyib:

"Lampalar" mahnısını Niyaməddin Musayevlə duet şəklində oxuduq. Təklif ondan gəlib. Mənə bir neçə yeni mahnılar da verib. Yaxın günlərdə təqdim edəcəm".

Övladlarından danışan müğənni onların hələ ailə qurmasını istəmədiyini bildirib:

"Övladlarım balacadır. Oğlumun 18, qızımın 17 yaşı var. Hələ ailə haqqında düşünmək tezdir. Universitet bitirsinlər, oğlum əsgərlik çəkməlidir. Qızım tələbəlik etsin. Tez ailə qurmalarını istəmirəm. Onların həyat yoldaşı seçiminə qarışmayacam. Öz seçimləridir. İnanıram ki, ailəmizə uyğun birini seçəcəklər".