Türk kinosunun "Sezərciy"i haqda tutulma əmri verildi

Türk kinosunun "Sezərciy"i haqda tutulma əmri verildi
6831 dəfə oxunub
  • A-
  • A
  • A+
Türk kinosunun uşaq ulduzu –Sezər İnanoğlu (“Sezərcik” – red.) haqqında tutulma əmri çıxarılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun keçmiş nişanlısı Zeynəb Yılmaz İnanoğlunun onu hədələdiyi iddiası ilə polisə şikayət edib.

Aktyorun barışmaq istəyini rədd etdiyi üçün hədə-qorxu gəldiyini söyləyən Zeynəb daha əvvəl Ailə Məhkəməsinə baş vuraraq Sezərin ona yaxınlaşmaması haqda qərarın verilməsinə nail olmuşdu.

Lakin S.İnanoğlu Z.Yılmaza mesajlar yazmağa davam etdiyindən keçmiş nişanlısı yenidən polisə şikayət ərizəsi yazıb. Bundan sonra Sezərin həbs olunması əmri verilib.