Havanın temperaturu enəcək

Havanın temperaturu enəcək
2748 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah ölkədə yağış yağacağı, temperaturun bir neçə dərəcə enəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında mayın 5-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da mayın 5-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Mayın 5-dən 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Mayın 05-də şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.