Rusiyanın tanınmış aparıcıları Bakıda - fotolar

Rusiyanın tanınmış aparıcıları Bakıda -  fotolar
3058 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın “Pyatnitsa” telekanalında yayımlanan “Oryol i reşka: Şopinq” verilişinin növbəti çəkilişi Bakıda aparılıb.

Axşam.az-ın məlumatına görə, bu haqda proqramın aparıcıları sosial şəbəkədə yazıb.

Bakıda çəkdirdikləri fotoları sosial şəbəkədə paylaşan aparıcı Maria İvakova “Salam Bakı. Mən gülürəm, Anton utanır. Çünki biz Bakıdayıq” sözlərini yazıb.

Verilişin digər aparıcısı Anton Lavrentyev isə bakılılara təşəkkür edib:

“Bakının gözəl sakinləri, bu qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Söz verirəm ki, Bakıya yenidən gələcəm və sizində yaxından tanış olacam. Sizləri öz mahnılarımla da tanış edəcəm. İndi isə çəkilişlərimizi edək”.

Aparıcılar bu gün saat 14:00-da Hilton oteldə azərbaycanlı sevənləri ilə görüşəcəklər.

Qeyd edək ki, verilişin aparıcıları hər həftə bir ölkəyə yollanır və alış-veriş edir.