Fərdadan saxlanılması ilə bağlı xəbərə açıqlama

Fərdadan saxlanılması ilə bağlı xəbərə açıqlama
5909 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış aktyor Fərda Xudaverdiyev bir müddət əvvəl Bakıdan çıxmaq istəyərkən saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, aktyor açıqlamasında bildirib ki, heç kim onu saxlamayıb. Onun sözlərinə görə, hazırda heç bir borcu da yoxdur.

"Bununla bağlı mənə çox zənglər olub. Yayılan məlumatlar əsassızdır. Məni heç kim saxlamayıb. Borcum vardı, 2 ay bundan qabaq ödəmişəm. Bundan artıq heç nə demək istəmirəm", - deyə F.Xudaverdiyev bildirib.

Qeyd edək ki, tanınmış aktyorun bir müddət əvvəl Bakıdan çıxmaq istəyərkən saxlanılması barədə məlumatlar yayılmışdı. Hadisə şahidlərinin verdikləri məlumata görə, onun külli miqdarda borcu olub. Bu səbəbdən də, onun ölkədən çıxmasına qadağa qoyulub və Heydər Əliyev adına Hava Limanında olarkən saxlanılıb.