Məşhurlar Ülvi üçün bir araya gəldi - fotolar

Məşhurlar Ülvi üçün bir araya gəldi -  fotolar
1656 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ulduzların həmrəyliyi” adlı xeyriyyə tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, rejissor Nail Naiboğlunun təşkil etdiyi konsert proqramında sənət aləminin tanınmış insanları iştirak edib.

Mərasimdən əldə olunan gəlir 6 yaşlı Ülvi adlı uşağın əməliyyatına xərclənəcək.

N.Naiboğlu anadangəlmə qüsuru olan Ülvi haqqında danışıb:

“Ülvi anadangəlmə lal və kardır. Təcili beyindaxili əməliyyat olunmalıdır. Sözügedən tədbirdə lazım olan məbləği toplamağa çalışdıq. Bununla bağlı sənət aləminin tanınmış simalarını bir araya yığıb, konsert etdik. Xeyriyyə aksiyasına müğənnilərlə yanaşı dövlət, incəsənət xadimləri, aparıcılar da qatılıb. Tədbirdə 2500 manat yığıldı. Ülvinin müalicəsi 8 ay davam edəcək. Bu məbləğ yalnız ilkin prosesi ödəyir. Bizim xeyriyyə aksiyamız davam edəcək".

Foto: Ramin ASLANOV