"Dedim, uşağı müalicə etdir, qoyma acından ölsün"

"Dedim, uşağı müalicə etdir, qoyma acından ölsün"
3983 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti İlhamə Quliyeva himayəyə götürdüyü Afrikadan olan qaradərili uşaqdan danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Günə baxan” verilişində bu addımına görə onu qınayanlara cavab verib:

“Ötən dəfə verilişdə bununla bağlı informasiya verdilər. Amma tamaşaçıya yanlış çatdırıldı. Mən qaradərili uşağı övladlığa götürüb, Bakıya gətirmirəm. Dostum Afrikada səfir işləyir. Xanımı ilə tez-tez danışıram. Bu yaxınlarda da soruşdum ki, orada vəziyyət necədir? Dedi, insanlar acından ölür, uşaqlar xəstədir. Dedim bir uşağı nəzarətə götür, müalicə etdir, qoyma acından ölsün. Bütün xərcini mən ödəyəcəm. Gündə 15 uşaq səfalətdən dünyasını dəyişir. Uşağın rəngi qaradırsa, onu öldürməyəcəyik ki... O, uşağı bəsləyəcəm. Onun üçün hər şey edəcəm. Bu addımıma görə məni qınayanlar gedib öz övladlarına baxsınlar. Dünya ulduzları bu cür addımlar atırlar. Biz niyə etməyək? Məni mühakimə etməyə heç kimin haqqı yoxdur. Ünvanıma nə xoşəgəlməz söz desələr, onları məhkəməyə verəcəm. Mən təkcə Azərbaycanın yox, türk dünyasının kraliçasıyam”.