Kayahanın atası xəstəxanaya düşdü

Kayahanın atası xəstəxanaya düşdü
19515 dəfə oxunub
  • A-
  • A
  • A+
Apreldə dünyasını dəyişən türk ifaçı Kayahanın atası xəstəxanaya aparılıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, fevralda həyat yoldaşını, iki ay sonra isə oğlunu itirən Süleyman Açar Kayahanın 40-nın çıxdığı gün özünü pis hiss edib.

Təcili xəstəxanaya aparılan Açar reanimasiya şöbəsindədir.

Oğlu Kayahanın dünyasını dəyişdyi xəstəxanada müalicə olunan Süleymanın ən böyük dəstəkçisi gəlini İpek Açardır. Həyat yoldaşının ölümüylə sarsılan İpek bu dəfə qayınatasının yanında növbə tutur.