“Eurovision” təmsilçimiz hamilədir

“Eurovision” təmsilçimiz hamilədir
7700 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision” təmsilçilərimizdən olan Səbinə Babayeva ana olmağa hazırlaşır.

Axşam.az-ın məlumatına görə, müğənninin ötən gün Bakı Olimpiya Stadionunun səhnəsində çıxış edərkən görünüşü diqqətdən qaçmayıb.

“Bakı 2015”in bağlanış mərasimində Azərbaycan Dövlət himnini səsləndirən S.Babayeva qarnını gizlətmək üçün enli paltar geyinib.

Şəxsi həyatını gündəmə gətirməyi sevməyən ifaçı əməkdaşımızla söhbətində “Bu haqda hələ ki çox danışmaq istəmirəm” deyə, cavab verib.

Qeyd edək ki, müğənni 2012-ci ildə rejissor Cavidan Şərifovla ailə qurub.