Məşhur fotodakı uşaq böyüdü – fotolar

Məşhur fotodakı uşaq böyüdü – fotolar
10307 dəfə oxunub
  • A-
  • A
  • A+
İnternetdə çoxumuza rast gələn məşhur “motivasiyaedici”, “bacarıqlı uşaq” adlı fotodakı Semmi Qriner artıq böyüyüb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 2007-ci ildə lentə alınmış və şəkli atası Castin tərəfindən sosial şəbəkədə yerləşdirildikdən sonra böyük maraqla qarşılanan Semmi anası Laneylə birlikdə atası üçün aksiyaya başlayıb.

Belə ki, böyrək çatışmazlığından əziyyət çəkən Castinin əməliyyatına görə 75 min dollar lazım olub. İllər əvvəl çəkilmiş fotodakı uşağın atası olduğu üçün ona yardım edəcəklərini düşünən Laney Semmi vasitəsilə insanlardan kömək istəyib.

S.Qrinerin anasının bu cəhdi uğurlu alınıb və həyat yoldaşının əməliyyatına lazım olan ianə toplanılıb.