Çağatay yeni tərəf müqabili ilə - fotolar

Çağatay yeni tərəf müqabili ilə - fotolar
6154 dəfə oxunub
  • A-
  • A
  • A+
"Medcezir"dən sonra tətilə çıxan aktyor Çağatay Ulusoy yeni filmi üçün İstanbula dönüb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, dünən yeni ekran işində tərəf müqabili olacaq aktrisa Leyla Lidia Tuğutlu ilə görüşüb. Onlar filmin yaradıcı heyəti ilə bir yerdə yemək yeyiblər.

Məkandan çıxanda paparassiləri görən aktyor tələsik avtomobilinə minib. Çağatay jurnalislərə sadəcə "saqqalımı serial üçün uzadıram" deyərək oradan uzaqlaşıb. Ardınca Leyla Tuğutlu da taksiylə restorandan ayrılıb.