Şakira milyarderə əsəbləşdi: “Qoca manyakın sözləri...”

Şakira milyarderə əsəbləşdi: “Qoca manyakın sözləri...”
4199 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ prezidentliyinə namizədliyini irəli sürən milyarder Donald Tramp növbəti qalmaqalla gündəmə gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, iş adamını latın amerikalı müğənni Şakira öz “Twitter” səhifəsində sərt sözlərlə tənqid edib. Buna səbə isə Donaldın meksikalı immiqrantların və latın amerikalıların ünvanına səsləndirdiyi ksenofob və şovinist fikirləri olub. Şakira milyarderi rasizmdə günahlandırıb:

“Bu qoca manyakın sözləri ölkədə irqi ayrı-seçkiliyə gətirib çıxaracaq və ABŞ-da demokratiyaya ziyan vuracaq”.

Xatırladaq ki, Donald Tramp bir həftə əvvəllki çıxışında latın amerikalıları, xüsusilə meksikalıları ABŞ-da narkotiki və cinayəti yaymaqda ittiham etmişdi.