Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin "Mən ondan küsmüşəm" dediyi rejissor Kutluğ Ataman danışıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Kutluğ Nəsrinin özünü uşaq kimi apardığını bildirib:
"Nəsrinin açıqlaması məni təəccübləndirmədi, incitmədi. Çünki belə hallara öyrəşmişəm. Aktyorlar uşaq kimidilər. Həmişə sevilmək istəyirlər. Amma mən onlara məsafəli olmağı sevirəm".
Ataman N.Cavadzadənin ondan niyə küsməsindən xəbərsiz olduğunu da vurğulayıb:
"Küsməsinin səbəbini bilmirəm. Bununla məşğul olmaq da istəmirəm".
Qeyd edək ki, K.Ataman N.Cavadzadənin rol aldığı "Quzu" filminin rejissorudur.