Əri aparıcını hədələdi: “Səni öldürərəm”

Əri aparıcını hədələdi: “Səni öldürərəm”
6233 dəfə oxunub
  • A-
  • A
  • A+
Özündən 11 yaş kiçik həyat yoldaşı Sərkan Uçardan boşanmaq üçün məhkəməyə müraciət edən aparıcı Ece Erken inanılmaz faktların üstünü açıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizliyinin təmin edilməsi tələbi ilə ərizə yazan aparıcı əri tərəfindən tez-tez təhqir olunduğunu, hətta döyüldüyünü, bu səbəbdən polisə belə müraciət etdiyini bildirib.

Psixoloji problemləri olan Sərkanın onu dəfələrlə döyməsi səbəbindən uşağını itirmək təhlükəsi ilə üz-üzə qaldığını deyən Ece həyat yoldaşına müalicə almağı məsləhət görsə də, qarşı tərəf bunu qəbul etməyib. E.Erkenin şikayət ərizəsində yazılan digər detallar belədir:

“Serkan Uçar son vaxtlar həm həyat yoldaşını, həm də xanımının ailəsini şantaj edirdi. Ötən ay əri tərəfindən Ece Erkenin mobil telefonuna “Səni öldürəcəyəm. Səni doğrayacağam. Bunları məhkəməyə göstər. Məni tərk etsən, səni öldürərəm. Əvvəlcə səni, sonra özümü qətlə yetirərəm”.

Qeyd edək ki, məhkəmə Sərkan Uçarın Ece Erkenə 3 ay müddətinə yaxınlaşmamasına, evdən uzaqlaşdırılmasına, mənzilinisə Ece ilə oğluna verilməsinə hökm çıxarıb.