Müğənni-aktrisa Peris Hiltonun bacısı Niki Paris Moda Həftəsi çərçivəsində “Versace”nin nümayişinə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı Niki gecəyə ağ libasda yollanıb. Sənətçinin bacısı açıq-saçıq geyimi ilə diqqət çəkib. Fotoqraflara poz verən N.Hilton yançaqlarının görünməsindən qətiyyən narahat olmayıb.
Qeyd edək ki, Niki Hilton Rotşildlər ailəsinin varisi Ceyms Rotşildlə ailə qurmağa hazırlaşır.