“O istəsə, üçüncü dəfə ana olaram”

“O istəsə, üçüncü dəfə ana olaram”
7106 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Ebru Şallı “Elle” dərgisinə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, aparıcı şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar edib. Ebru sevgilisi Sinan Akçılla ayrılıq xəbərlərindən danışıb:

“Sadəcə, münasibətimizə qısamüddətli fasilə vermişdik. Həmin vaxt da telefonla danışırdıq. Əlaqələrimiz tamamilə kəsilməmişdi. Hər ikimiz bu qısa fasiləni özümüzə arxayın olmaq üçün dəyərləndirdik. İndi hər şey çox yaxşıdır”.

“Üçüncü dəfə ana olmaq istərdinizmi” sualına E.Şallının cavabı belə olub:

“Belə bir fikrim yoxdur. Amma Sinana da belə bir haqsızlıq edə bilmərəm. O istəsə, əlbəttə ki, uşaq dünyaya gətirərəm”.

Qeyd edək ki, Ebru Şallının iş adamı Harun Tanla evliliyindən Beren və Pars adlı iki oğlu var.