"Abdulhey" və "Çakır" eyni serialda - video

"Abdulhey" və "Çakır" eyni serialda - video
6038 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Onur Tanın çəkdiyi "Eşkiya dünyaya hükümdar olmaz" serialına daha bir sürpriz ad qatılıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, daha öncə "Kurtlar Vadisi"ndə Abdulhey obrazını canlandıran Kənan Çoban yeni mövsümdə Raci Şaşmazın prodüser olduğu serialda iştirak edəcək.

O, bundan əvvəl "Pana Film"in digər qısa ömürlü layihəsi "Bəyaz qərənfil"də rol almışdı.

Qeyd edək ki, "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı Necati Şaşmazın qardaşı olan R.Şaşmaz baş rollar üçün "Çakır" obrazı ilə tanınan Oktay Kaynarca və Deniz Çakırla artıq çəkilişlərə başlayıb.