"Hepsi" qrupunun birləşməsi yalan çıxdı: "Mümkün deyil..."

"Hepsi" qrupunun birləşməsi yalan çıxdı: "Mümkün deyil..."
2918 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçən həftə Cemre Kemerin "Hepsi" qrupunun yenidən bir araya gələcəyi ilə bağlı dediklərini iddia edən xəbər doğru çıxmayıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qrupdan 2009-cu ildə ilk ayrılan üzvü Gülçin Ergül "belə bir şey ola bilməz" açıqlaması verib:

"Qrupda yer almağım mümkün deyil".

Bunun ardından Cemre və Yasemin Yürük də Tvitterdə sərt mesajlar yazıblar. Cemre belə bir şey demədiyini yazaraq bunu iddia edənlərə cavab verib.

"Kimsə bizim üzərimizdən reklam edir deyə ağzımdan çıxmayan cümlələri mənim adıma yazıblar".

Yasemin isə "Kimsə birləşmir, biz üçümüz də ayrılıqda yolumuza davam edirik" yazıb.