Əməkdar artistin evi plana düşüb
Əməkdar artist Gövhər Rzayevanın mənzili plana düşüb.
Axşam.az-ın məlumatına görə, qarmon ifaçısı bu haqda “5/5” verilişində deyib:
“Həmişə yaşadığım evdən köçmüşəm. İndi bayılda qalıram. Evimin yaxşı mənzərəsi var - dənizi, Bayraq meydanını görürəm. Balaca qızımla birlikdə qalıram. Köhnə mənzilimi satmamışam, plana düşdü. Qarşılığında veriləndən də çox razıyam”.