Ofisiantlara 2 min bəxşiş verib

Ofisiantlara 2 min bəxşiş verib
5218 dəfə oxunub
  • A-
  • A
  • A+
"Dünyanın ən varlıları" siyahısında 34-cü yerdə olan ərəb iş adamı şahzadə El Vəlid Bin Talal Muğlanın Marmaris bölgəsindəki tətilini başa vurub.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, istirahətinin son gecəsində Talal ofisiantlara 2 min dollar bəxşiş verib.

O, eyni zamanda Marmarisdə bəyəndiyi bir yaxtanı satın alıb. El Vəlid gəmini hazırlayan şirkətin sahibləri ilə görüşüb və 40 milyon dollara razılaşıb.

Ailəsi və 35 işçisi ilə dincələn iş adamı jurnalistlərlə xatirə şəkli də çəkdirib. Şahzadə ailəsinin şəkillərinin çəkilməməsini xahiş edib.