Ata və qızı ananın ölümündən sonra... - fotolar

Ata və qızı ananın ölümündən sonra... - fotolar
14584 dəfə oxunub
  • A-
  • A
  • A+

Ben və Ali Naneri 2009-cu ildə ailə qurub evlərində toy fotosessiyası edirlər.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 2011-ci ildə Ali ağciyər xərçəngindən vəfat edir. Geriyə əri və qızı qalır...

İki il sonra Ben evi satıb başqa yerə köçməyə qərar verir. Lakin o, qızına anasından xatirə saxlamaq üçün maraqlı layihə edir - toy fotosessiyasını yenidən qızı ilə canlandırır:

"Mən istəməzdim ki, insanlar bu fotolarda ağrı, acı və kədər görsünlər. Mənim məqsədim bizim məhəbbət tariximizi anlatmaqdır".

Soldakı foto 2009-cu ildə çəkilib, sağdakı foto isə 2013-cü ildə: Ben və qızı Olivie

Ben istəyir ki, qızı həyatının başladığı evi unutmasın.




Fotolar çəkilən zaman Olivie anasının saç aksesuarlarını tapdı və belə təbii foto alındı.



Fotoqraf mərhum qadının bacısı Melanidir.



Bu əşyanı Olivie "ana" adlandırır.



Fotosessiya zamanı qızcığaz havada uçuşan lələk tapdı. Melani deyir ki, bu Alinin qıza göndərdiyi işarədir.



Ben qızları üçün toylarında çalınan mahnını ifa edir.