Serial ulduzları boşandı

Serial ulduzları boşandı
3777 dəfə oxunub
  • A-
  • A
  • A+
Üç il əvvəl nikah masasına oturan aktrisa Aslı Enver və həmkarı Birkan Sokullu dünən məhkəməyə verdikləri ilk ərizədə boşanıblar.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Enverin vəkili açıqlamasında "Belə daha yaxşı olacağına qərar verdilər" deyib. Aktrisa boşanmalarına səbəb kimi fikir ayrılıqlarını göstərib. O, məhkəmədə bu barədə artıq razılığa gəldiklərini, bir-birlərindən heç bir təzminat tələb etmədiklərini açıqlayıb.

Məhkəməyə vəkilsiz gələn Sokullu da onun dediklərini təsdiq edib. Hakimin "boşanmaq istəyirsinizmi" sulaına bir daha da təsdiq cavabı verən cütlük rəsmi şəkildə boşanıblar. Məhkəmədən sonra tərəflər mediaya heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, A.Enver "Kavak yelleri", "Suskunlar", B.Sokullu isə "Küçük sırlar",  "Kurt Seyit və Şura" kimi seriallarda çəkiliblər.