Şəkidə beynəlxalq festival başladı

Şəkidə beynəlxalq festival başladı
1464 dəfə oxunub
  • A-
  • A
  • A+
Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalına start verildi.

Aşam.az-ın "anspress"ə istinadən məlumatına görə, 28-30 avqust tarixlərində davam edəcək möhtəşəm CAUCASUS MOTO FESTi-nin rəsmi açılışı mərasimi Şəki Olimpiya Kompleksində baş tutub. Qədim Şəki şəhəri həm xarici, həm də paytaxtdan gedən qonaqları ən yüksək səviyyədə qəbul edib. Festivalın ilk günü CMF sərgi və yarmarkasının açılışı olub.

Zəngin və rəngarəng proqramlı Moto festivalın açılışı Milli qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir. Layihə rəhbərinin məlumatına görə, bu ilki motofestival digərlərindən tamaşaçıların zövqünü oxşayacaq bədii hissə ilə fərqlənəcək.

“Harley Davidson” “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq festivalda ötən il olduğu kimi bu dəfə də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şoularla start götürür. Festival ilə əlaqədar Olimpiya Kompleksinin həyətində xüsusi düşərgə də salınıb. Çadırlar bir-birin yaxın qurlaşdırılıb. Hər çadırın 2 tərəfindən pəncərəsi də var.

Düşərgə yaxınlığında isə yarmarka salınıb. Yarmarkaya artıq Harley Davidson-dan və müxtəlif modellərdən motoskiletlər də gətirilib. Motofestivala dünyanın bir çox ölkələrindən - ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniyada və s. ölkələrdən baykerlər iştirak edir.