Üzeyir Hacıbəylinin ev muzeyinin yaradılmasının 40 illiyi qeyd olunacaq

Üzeyir Hacıbəylinin ev muzeyinin yaradılmasının 40 illiyi qeyd olunacaq
898 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 20-də Üzeyir Hacıbəylinin ev muzeyinin yaradılmasının 40 illiyinə həsr olunmuş geniş tədbir keçiriləcək.

Axşam.az-ın məlumatına görə, muzeydən AzərTac-a bildiriblər ki, mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən tanınmış bəstəkarların da qatılacağı tədbirdə muzeyin hazırda gördüyü işlərdən, keçirilən tədbirlərdən, elm ocağı kimi fəaliyyətindən bəhs olunacaq.

Tədbirdə muzeyin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərovanın müəllifi olduğu və muzeyin 40 illik fəaliyyətinə həsr olunan kitabın təqdimatı da planlaşdırılır. Kitab muzeyin arxiv sənədləri əsasında yazılıb.

Tədbir çərçivəsində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin klassik musiqi əsərlərindən ibarət konsert proqramı da təşkil ediləcək.

Qeyd edək ki, muzey 1975-ci il noyabrın 20-dən Bakıda fəaliyyət göstərir.