“Fəlakət”in xəstəxanadan fotoları

“Fəlakət”in xəstəxanadan  fotoları
16919 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bozbash pictures”in aktyoru, Fəlakət obrazını canlandıran Elşən Orucov əməliyyat olunub.

Axşam.az-ın məlumatına görə, aktyorun xəstəxanadan şəkillərini dostları sosial şəbəkədə paylaşıb.

Müğənni Zamiq Hüseynov şəklə “Allah şəfa versin, yastığı yüngül olsun. Amma dəqiq bilmədim əməliyyatda nəyi kəsiblər” deyə, bildirib.

Aparıcı Afaq Gəncəli isə E.Orucovun səhhətinin yaxşı olduğunu vurğulayıb.

Aparıcı Samir Bayramlı isə “Şükür Allaha hər şey yaxşıdır. Elşənə görə narahat olanlar, biz burdayıq. Hər şey yolundadır” deyə, əlavə edib.

Qeyd edək ki, “Axırıncı yol” adlanan kinokomediyanın İsmayıllı rayonunda baş tutan çəkilişi zamanı Elşən Orucovu kəskin sancılar tutub. Dərhal hadisə yerinə gələn təcili tibbi yardım briqadası ilkin tibbi yardım göstərdikdən sonra o, Bakıya çatdırılıb.