"Sevgilimin axmaq danışığı məni özünə cəlb etdi"

"Sevgilimin axmaq danışığı məni özünə cəlb etdi"
12857 dəfə oxunub
  • A-
  • A
  • A+
“Öyle bir geçer zaman ki”də Jalə, “Kurt Seyit ve Şura”da Güzidə, “Kiralık aşk”da Defne obrazları ilə tanınan aktrisa Elçin Sunqu “Elele” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, ailəsindən və karyerasından bəhs edən aktrisa təsadüfən məşhur olduğunu bildirib:

“Aktrisa kimi tanınmağım tamamilə təsadüfən oldu. Opera sənəti üzrə məzunam. Aktrisalığı universitet illərimdən çox sevirəm. Amma bu işlə nə vaxtsa məşğul olacağımı ağlıma belə gətirmirdim. İndi isə bu iş olmadan yaşaya bilmərəm. Məşhur olduqdan sonra çox dəyişdim. Əvvəllər sakit, fağır biri idim, indi isə daha sərbəstəm. Ən böyük dəyişiklik bu oldu”.


Elçin “Aktrisalıqda hər hansı şərtləriniz var” sualına belə cavab verib:

“Rolumu diqqətlə seçirəm. Edə bilməyəcəyim səhnələr varsa, bunu rejissorla danışıb yoluna qoyar, yaxud da “mən bacarmayacağam” deyərəm. Xüsusilə çılpaq səhnələrin çəkilişi zamanı çətinlik çəkərəm”.

Aktrisa sevgilisinin çox şən və komik biri olduğunu deyib:

"Onun ağlına heyranam. Məni güldürməyən insanla bir yerdə ola bilmərəm. Həyatımı davam etdirə biləcəyim biridir. Sevgilim mənim inkişafıma, dünyagörüşümün artmasına səbəb olur. Onu ilk görəndə ali təhsilli olmasına rəğmən, axmaqcasına danışığı məni cəlb etmişdi. Öz-özümə soruşurdum ki, sənə nə olub?".