Turan İbrahimov yeni layihə hazırlayır - video

Turan İbrahimov yeni layihə hazırlayır -  video
2646 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Turan İbrahimov yeni mövsümdəki planlarından danışıb.

Axşam.az-a açıqlama verən aparıcı maraqlı layihə hazırlayacağını bildirib:

“ATV səhər” yarandığı gündən böyük uğur qazandı. Sevildi, izlənildi, hətta yüksək reytinq də topladı. Ölkənin ən reytinqli gündəlik verilişi oldu. Buna görə də üçüncü mövsümdə də “ATV səhər”i davam etdirməyi qərarlaşdırdıq. Əyləncəli, maarifləndirici, maraqlı xəbərlərə öz şərhlərimi də əlavə edərək, tamaşaçılara çatdıracam. Əlavə bir veriliş də düşünürəm. Bir neçə fərqli layihələrim var. Tamaşaçılar məni bu mövsüm yeni bir verilişdə də görə biləcəklər”.