Demet Akalından alqışlanacaq addım

Demet Akalından alqışlanacaq addım
14209 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Demet Akalın Mehmetçik Vəqfinə 50 min lirə (təxminən 17 min manat) vəsait bağışlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, əsgər qızı olduğunu və dövlətin maaşıyla böyüdüyünü deyən sənətçi ölkəsinin şəhid verdiyi məqamda hər kəsin vətənə birlikdə kömək etməli olduğunu bildirib:

“Hamı öhdəsinə düşəni etməlidir. Bu qədər kədər yaşamaq olmaz. Mən əsgər qızı olmuşam. Atam yol qəzasında dünyasını dəyişib. Mən dövlətin bizə ödədiyi maaşla böyümüşəm. Bizə əmanət olan şəhid uşaqlarını düşünürəm. Verilişlərinin yayımını dayandırmayanlara səslənirəm: proqramınızın gəlirini Mehmetçik Vəqfinə bağışlayın. Bilmirəm neçə şəhid uşağının təhsil haqqını ödəyəcək, amma mən bu gün 50 min lirəmi bağışlayıram”.