Türkiyənin məşhur modelyeri Cengiz Abazoğlu yeni "Sonsuz" adlı dəfiləsini təqdim edib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aparıcı və model Ebru Şallı gecənin ən cəsarətli geyimli qonağı olub. O, "Abazoğlu" imzalı mavi geyimi, transparan ətəyi ilə fotoqrafların diqqətini çəkib. Müğənni Sinan Akçılla sevgili olan Ebru müxbirlərə "Niyə fotolarımı bu qədər çəkirsiniz" deyə soruşub.
Bir vaxt S.Akçılla sevgi dedi-qoduları yayılan Ziynət Salı E.Şallı ilə mehriban söhbət edərkən görünüb.
Karyerasında 25-ci ilini qeyd edən C.Abazoğlunun yeni payız-qış kolleksiyasını podiumda tanınmış modellər təqdim edib.