"Atamın həyatı üçün mübarizə aparırıq" - Xədicə

"Atamın həyatı üçün mübarizə aparırıq" -  Xədicə
5137 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Xədicə Sənanqızı ailəsi ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, o, "Yeri gəlmişkən" verilişində atasının xəstəliyindən danışıb: 

"Hazırda evimizdə ağır xəstəmiz var. Atamın səhhəti pisdir. Onun həyatı üçün mübarizə aparırıq".

X.Sənanqızı bir vaxtlar özünün keçirdiyi xəstəlikdən də bəhs edib:

"4 ay reanimatsiyada yatmışam. Günə o qədər qan lazım olurdu ki... Çox sayda insan ziyarətimə gəlirdi. Palatam çiçək mağazasına bənzəyirdi. Hər şey Allahın əlindədir. Yüzlərlə insan xərçəng xəstəliyindən əziyyət çəkir. Yalnız Allaha dua edib, ondan kömək istəyin".