Göz yaşlarını saxlaya bilmədi - video+fotolar

Göz yaşlarını saxlaya bilmədi - video+fotolar
6313 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə bu gün Buzovnada yerləşən “1 saylı psixonevroloji yaşayış müəssisi”ndə tədbir keçirib.

Axşam.az-ın məlumatına görə, ifaçı tədbirdə “Gün keçdi” adlı klipini mediaya təqdim edib. O, daha sonra təqdimatla bağlı təəssüratlarını bölüşüb:

“Bu gün burada olduğum üçün özümü çox şanslı sayıram. Əqli və ya fiziki cəhətdən qüsuru olmuş insanlara hər birimiz dəstək olmalıyıq. Bu, bizim insanlıq borcumuzdur. Hər zaman klip çəkdirib, mediaya təqdim etmişəm. Amma bu dəfə fərqlilik etmək istədim. Düşündüm ki, bu cür insanların qarşısında klip təqdim etsəm, onlara baş çəksəm, Allaha da xoş gedər. Bu gün təqdim etdiyimiz “Gün keçdi” adlı klipi elə burada izlədim. İzləyən anda da göz yaşlarımı saxlaya bilmədim. Elə klipdə də aktyor qismində “1 saylı psixonevroloji yaşayış müəssisi”nin sakinləri çəkilib. Düşünürəm ki, fərqli bir klip ərsəyə gəlib”.

Ekran işinin rejissoru Nail Naiboğlu da kliplə bağlı fikirlərini bölüşüb: “Bu bir layihədir. Kliplərin ardı var. Layihənin 1-ci iştirakçısı Nadir Qafarzadə idi. Klip İsmayıllının İvanovka kəndində çəkilib”.

Xatırladaq ki, “Gün keçdi” mahnsınını sözləri Rəfiq Zəkixəndana, musiqisi Fərid M. Bayramlıya məxsusdur. Klipin prodüseri Emil Fərmandır.

Qeyd edək ki, təqdimatdan sonra N.Qafarzadə 2 saata yaxın konsert proqramı ilə çıxış edib. Gecəyə rəqqasə Fatimə Fətəliyeva da qatılıb.