40 yaşlı Vəfa Zeynalova - fotolar

40 yaşlı Vəfa Zeynalova - fotolar
9270 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Vəfa Zeynalovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, aktrisanın 40 yaşı tamam olur.

Qeyd edək ki, V.Zeynalova 1975-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.

Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaradıb. Aktrisanın Səbinə və Lalə adlı əkiz qızları var.