Ronaldo bu qızla sevgi yaşayır - fotolar

Ronaldo bu qızla sevgi yaşayır - fotolar
5202 dəfə oxunub
  • A-
  • A
  • A+

"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldonun yeni sevgilisinin olması haqda xəbərlər yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu dəfə 19 yaşlı danimarkalı model Mayya Darvinlə sevgi münasibəti yaşayır.

Hətta modelin "Real Madrid" - "Malme" futbol oyununda stadionda olduğu və Ronaldonun 500-cü qoluna şahidlik etdiyi deyilir.

Qeyd edək ki, beş illik münasibətdən sonra yanvarda rus model İrina Şeykdən ayrılan Ronaldonun adı son aylarda müxtəlif sevgi münasibətlərinə çəkilib. Lakin indiyə kimi heç bir münasibəti haqda açıqlama verməyən Kriştianonun bu dəfə ciddi olduğu deyilir.