Günay Firudinqızı roman yazır

Günay Firudinqızı roman yazır
3994 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının aparıcısı Günay Firudinqızı nəsr əsəri yazdığını bildirib.

Axşam.az-a açıqlama verən aparıcı bununla bağlı fikirlərini bölüşüb:

“Uzun müddətdir roman yazıram. İnsanların münasibətini öyrənmək üçün yazdıqlarımı son günlər sosial şəbəkədə paylaşırdım. Hamı maraqla qarşıladı. Deyirlər ki, davamını yaz. Bunu kitab şəklində təqdim edəcəm. Həyati bir romandır. Sual verirlər ki, bu, sənin öz həyatındır? Xeyr. Amma hər kəsin bir kitablıq həyatı var. Gələcəkdə özümlə də bağlı bir roman yazacam. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Yazar olmaq istəyirəm. Yazıçıların əsərlərini oxuyur, onlara həsəd aparıram. İstəyirəm ki, mənim də kitablarım olsun, oxunsun, imza günlərim keçirilsin. Bu yaxınlarda “525-ci qəzet”də yazım çıxdı. Aparıcılıq bütün vaxtımı aparırdı. İstəyirəm, bir az da özümə zaman ayırım, gələcəyimi qurum. Kitab oxumağı sevirəm. Hətta çantamda gəzdirirəm. Bir də görürsən, noutbukumu götürür, dəniz kənarına gedirəm. İnsanların az olduğu yerlərdə çay sifariş verib, oturub yazıram. Mənim də öz dünyam var”.

G.Firudinqızı yeni veriliş hazırladığını da bildirib:
 
“Çox maraqlı bir mövzuda layihəm var. Əyləncəli yox, maarifləndirici mövzu seçmişəm. Özümü bu cür proqramlarda görürəm. Tezliklə efirə gedəcək. Hazırda dekorasiyanın qurulması işləri gedir”.

Oğlu haqda danışan aparıcı vaxtının çoxunu ona sərf etdiyini deyib:
 
“Nihatı dərsə özüm aparıb-gətirirəm. Birlikdə üzgüçülüklə məşğul oluruq. Musiqi dərslərinə də gedir. Dərslərini hazırlamasına, şerlər əzbərləməsinə kömək edirəm. O mənim gələcəyimdir. Hər sahədə biliyinin olmasını istəyirəm”.

Foto: Ramin ASLANOV