"Ərləri" azərbaycanlı aktrisanın üstündə dava salacaq

"Ərləri" azərbaycanlı aktrisanın üstündə dava salacaq
2144 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 15-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Oleq Yernevin pyesi əsasında xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin səhnələşdirdiyi  “Yeni İl gecəsi məhəbbət intriqaları" tamaşası növbəti dəfə oynanılacaq.

Teatrdan Axşam.az-a verilən məlumata görə, tamaşanın özəlliyi ondadır ki, burada əsas rollarından birini ifa edən əməkdar artist Yevgeniya Nevmerjiskayanın 70 yaşı olacaq. 

Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan mədəniyyətinin fəxri işçisi" və "Sənətkar" medalı ilə təltif olunan aktrisa 50 ildir ki, səhnədədr.

Tamaşanın çox maraqlı mövzusu var. 3 dəfə ərə gedən qəhrəmanın keçmiş həyat yoldaşları yaşlılıqlarını onunla keçirmək üçün yanına qayıdırlar. 3 kişi onun yanında qalmaq üçün hər şeyə hazırdır.

Tamaşada Yevgeniya Nevmerjiskaya ilə yanaşı xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, əməkdar artist - Əsgər Rəhimov və aktrisa Mədinə Mollayeva iştirak edirlər.