"Aşk-ı Memnu"nu bəyənməyən aktyor: "Səhv etmişəm..."

"Aşk-ı Memnu"nu bəyənməyən aktyor: "Səhv etmişəm..."
4716 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Mehmet Aslantuğ illər öncə “Aşk-ı Memnu” və "Min bir gecə" serialları haqda dediyi “Qarışıq münasibətlərin yer aldığı seriallarda çəkilmirəm” cümləsinə aydınlıq gətirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Aslantuğun yeni serialda oğlunun sevgilisinə aşiq olan ata obrazını canlandıracağı xəbəri onun sözünün üstündə durmaması kimi şərh edilib.

Bunun ardından aktyorun həyat yoldaşı İnstaqramda M.Aslantuğun adından açıqlamasını yayıb:

"...Haqqımda "tüpürdüyünü yaladı", "pul üçün prinsiplərindən vaz keçdi" yazırlar. İllər öncə "gündəmə manşet olmaq istəmirəm. Mediaya yalançı boşanma xəbərləri ilə çıxmaqdansa, "Min bir gecə", "Aşk-ı Memnu" kimi diqqət çəkən seriallarda çəkilib pulumu qazanardım" demişdim. Amma bunu başlığa başqa cür çıxartdılar. Bu ucuz cümləyə görə məni asmaq istəyirlər.

Doğrudur, daha dərin mövzulu ssenarilər istəmişəm. Amma özüm üçün deyil, ictimaiyyətə lazımlı olsun deyə. Etiraf edirəm, səhv etmişəm. İndi məndən hesab tələb edəcəksiniz? Belə bir vaxtda bu açıqlamaya məcbur qaldığım üçün alçaq hücum nəticəsində həyatlarını itirən qardaşlarımızdan, ailələrindən və ölkəmdən üzr istəyirəm".