İslam verilişdən Kamiləyə görə gedibmiş

İslam verilişdən Kamiləyə görə gedibmiş
5623 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı İslam Mehrəliyev bundan sonra Kamilə Babayevanın yeni verilişində yer alacaq.

Axşam.az-ın məlumatına görə, “Belə yaxşıdır” adlı proqram oktyabrın 13-dən etibarən ATV-də yayımlanacaq. Verilişdə aktrisa Mələk Kazımova da yer alacaq. “SOY Production”ın ərsəyə gətirdiyi layihə şou xarakteri daşıyır.

Qeyd edək ki, İ.Mehrəliyev bundan əvvəl aparıcı İlqar Mikayıloğlunun “Xeyirə qarşı” verilişində çalışırdı. Bir müddət əvvəl isə onların yolları ayrılıb.