Simfonik orkestr konsert verəcək

Simfonik orkestr konsert verəcək
788 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 22-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək.

Axşam.az xəbər verir ki, Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertin bədii rəhbəri orkestrin baş dirijoru, xalq artisti Rauf Abdullayevdir.

Konsertdə klassik musiqi həvəskarlarına Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar təqdim olunacaq.

Konsertdə, həmçinin dirijor, Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət xor kapellası da çıxış edəcək.