"Aygün Snup Doqun qucağında oturanda pornoqrafiya deyildi?” - Roza

"Aygün Snup Doqun qucağında oturanda pornoqrafiya deyildi?” - Roza
9442 dəfə oxunub
  • A-
  • A
  • A+
"Sevgi nağılı” adlanan klipi ilə yenidən gündəmə gələn Roza Zərgərli klipinin tamaşaçılar tərəfindən sevildiyini və fanatlarının qısqanclıq krizindən qurtulduğunu vurğulayıb.
 
Axşam.az-ın məlumatına görə, ifaçı Muz TV-yə açıqlamasında ekran əsərini erotik klip adlandıranları qınayıb. Zərgərli klipdə heç bir açıq-saçıq səhnənin yer almadığını və deyilən fikirlərin tamamilə əsassız olduğunu deyib. O, bu dəfə həmkarlarına da söz atıb. İfaçı bəzi ulduzların kliplərini pornoqrafiya adlandırıb:

"Əgər mənim klipim erotikdirsə, o zaman bəzi müğənnilərimizin klipi pornoqrafiyadır. Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, o, pornoqrafiya deyil? Sadəcə mənim adımı hər yerdə çox hallandırmağı xoşlayırlar".