Öykü Simanı müdafiə etdi – video

Öykü Simanı müdafiə etdi –  video
8228 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin TV 8 telekanalında yayımlanan “İşte benim stilim all star” yarışmasında həmyerlimiz Sima Şərafəttonova ilə iştirakçılar arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, hər kəs Simanın arıqlığını ələ salıb.

Kövrələn iştirakçını hər zaman arıqlığı ilə tənqid olunan aparıcı Öykü Serter müdafiə edib:

“Sosial şəbəkədə uzun müddətdir varıq. Bizi arıqlığımıza görə tənqid edirlər. Bir insanın üzünə “köksən, gombulsan” kimi sözlərin deyilməsi nə qədər eyibdirsə, arıqlığı ələ salmaq da o qədər mədəniyyətsizlikdir”.