Filarmoniyanın dekabr repertuarı

Filarmoniyanın dekabr repertuarı
842 dəfə oxunub
  • A-
  • A
  • A+

Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının dekabr ayı üçün repertuarı bir-birindən maraqlı tədbirlərlə zəngindir.

Filarmoniyadan Axşam.az-a bildirilib ki, dekabrın 2, 4, 5-də görkəmli bəstəkar, xalq artisti, professor Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş silsilə konsertlər təşkil olunacaq. Tədbirlərdə Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Dövlət xalq çalğı alətləri orkestri geniş konsert proqramı ilə çıxış edəcəklər.

Dekabrın 8 və 11-də Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrlərinin müşayiəti ilə Xalq Artisti, bəstəkar Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunacaq.

Dekabrın 18, 23, 25-də isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənclər kamera orkestri, Azərbaycan Dövlət xor kapellası və Azərbaycan Dövlət simfonik orkestri Əməkdar İncəsənət Xadimi, görkəmli pianoçu Nigar Usubovanın xatirəsinə həsr olunan konsert proqramları ilə çıxış edəcəklər.