Bakı metrosunda yenilik

Bakı metrosunda yenilik
5184 dəfə oxunub
  • A-
  • A
  • A+
Metronun “20 Yanvar”, “28 may” və “Koroğlu” stansiyalarında sərnişinləri yoxlamaq üçün yeni aparatlar quraşdırılıb.
 
Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, yeni aparatlar metroda təhlükəsizlik tədbirlərinin daha da yaxşılaşdırılmasına hesablanıb. Verilən məlumata görə, bu cür aparatlar “Bakı 2015 Avropa Oyunları” zamanı metronun “Koroğlu” stansiyasında tətbiq olunmuşdu.

Qeyd edək ki, sözügedən aparatlardan Heydər Əliyev Beynəxalq Hava Limanında da istifadə olunur.